Bank Of Baku

ABŞ büdcəsinin kəsiri 830 mlrd. dollara çatıb

ABŞ büdcəsinin kəsiri 830 mlrd. dollara çatıb
# 08 aprel 2011 09:04 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ federal büdcəsinin kəsiri 2011-ci maliyyə ilinin ilk 6 ayında 830 mlrd. dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 113 mlrd. dollar çoxdur.

APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsi açıqlama yayıb.

Bu ilin mart ayında ABŞ-ın büdcə kəsiri 189 mlrd. dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 124 mlrd. dollar artım deməkdir.

Qeyd edək ki, fevral ayında ABŞ-ın büdcə kəsiri 22,5 mlrd. dollar təşkil edib. Bu isə ölkə tarixində ən böyük aylıq göstərici sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR