Bank Of Baku

Azərbaycanda əmanətlər üzrə real faiz dərəcəsi 2,9%-ə enib

Azərbaycanda əmanətlər üzrə real faiz dərəcəsi 2,9%-ə enib
# 08 aprel 2011 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan bank sistemində fiziki şəxslərin manat əmanətləri üzrə orta faiz dərəcələrinin səviyyəsi 2011-ci il martın 1-nə illik 11,79% təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının statistikası əsasında apardığı hesablamalara görə, manat əmanətləri üzrə real orta faiz dərəcəsi illik 2,89%-ə bərabər olub.

Qeyd edək ki, real faiz dərəcəsi əmanətlərin elan edilmiş faiz dərəcəsindən illik inflyasiya göstəricisini çıxmaqla müəyyən olunur. Azərbaycanda 2011-ci ilin yanvar-fevral aylarının yekunlarına görə illik inflyasiya 8,9% təşkil edib.

2010-cu ilin yekunlarına əsasən, əmanətlər üzrə elan olunmuş faiz dərəcəsi 11,79% təşkil edib, 5,7% səviyyəsində olan illik inflyasiya nəzərə alınmaqla real faiz dərəcəsi isə 6,09%-ə bərabər olub. Eyni zamanda 2009-cu ilin yekunlarına görə, əmanətlər üzrə orta faiz dərəcəsi 12,98%-ə bərabər olub və 2009-cu ildəki 1,5%-lik inflyasiyanı nəzərə alaraq real faiz dərəcələrinin 11,48% təşkil etdiyi aydın olur. Beləliklə, manat əmanətləri üzrə real orta faiz dərəcələrinin daim azalması müşahidə olunur. Həmçinin fevralda bu göstərici 0,64 faiz bəndi azalıb.

Göründüyü kimi, real faiz dərəcəsi birbaşa inflyasiyadan asılıdır. Nəticədə bir sıra ölkələrdə inflyasiya yüksək olduğundan, əmanətlər üzrə real faiz dərəcəsi artıq tədricən mənfi rəqəm təşkil edir. Bununla belə, hətta belə ölkələrdə də əmanətlərin həcmi sürətlə artır. Çünki sahibkarlıq və sərmayə fəaliyyəti ilə məşğul olmayan əhali öz sərbəst vəsaitlərini inflyasiyadan müəyyən dərəcədə qorumaq istəyir. Azərbaycanda əmanətlər üzrə faiz dərəcələri inflyasiyanı “ödəməyə”, eləcə də gəlir (kiçik də olsa) əldə etməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR