Bank Of Baku

«Günay Sığorta» şirkətinin sığorta haqlarının həcmi 33% azalıb

«Günay Sığorta» şirkətinin sığorta haqlarının həcmi 33% azalıb
# 08 aprel 2011 10:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 127,682 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 33% azdır.

Şirkətin baş mühasibi Həlimə Əliyevanın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta hadisələri üzrə ödənişlərinin həcmi 48,5% azalaraq 30,916 min manat təşkil edib.

Sığorta haqlarında ən çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» (68,214 min manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (36,430 min manat) və «Peşə məsuliyyətinin sığortası» (6,759 min manat) növləri üzrə toplanılıb. Bu növlərin məcmu daxilolmalarda payı isə müvafiq olaraq 53,4%, 28,5% və 5,3% təşkil edib.

Ödənişlərə gəldikdə, 25,282 min manatla (məcmu ödənişlərdə payı 82%) «Avtonəqliyyat vasitələrinin sığortası» növü lider olaraq ilk yeri tutub. Sonrakı yerdə isə 2,894 min manatla (9,4%) «Tibbi sığorta» və 1,760 min manatla (5,6%) «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü qərarlaşıb.

Xatırladaq ki, «Günay Sığorta» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin səhmdarları sırasına «GünayBank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. Şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR