Bank Of Baku

Azərbaycanda kredit depozitlərdən 2 dəfə bahadır

Azərbaycanda kredit depozitlərdən 2 dəfə bahadır
# 08 aprel 2011 10:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda bank tərəfindən manatla verilən kreditlərin faiz dərəcələri orta hesabla 2011-ci ilin martın 1-nə hüquqi şəxslər üzrə illik 13,71%, fiziki şəxslər üzrə 19,67% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, banklar tərəfindən hüquqi şəxslərdən cəlb edilən manat depozitlərinin orta faiz dərəcəsi 6,43%, fiziki şəxslərdən cəlb edilən əmanətlərin dərəcəsi isə 11,79%-ə bərabərdir.

Beləliklə, hüquqi şəxslərə verilən kreditlər onlardan cəlb edilən depozitlərdən 2,1 dəfə, fiziki şəxslərə verilən kreditlər isə əmanətlərdən 1,7 dəfə bahadır. Ortalama göstəriciləri üzrə isə kreditlərin faiz dərəcəsi depozitlərin faiz dərəcəsindən 1,5 dəfə artıqdır.

Qeyd edək ki, bank kreditləri üzrə faiz dərəcəsinin bank depozitləri üzrə faiz dərəcəsi arasında fərq bankın şərti faiz mənfəətidir və sözügedən faizlər arasında fərqin bu dərəcədə yüksək olması bankların faiz mənfəətin artırılması niyyətindən irəli gəlir. Həmçinin fərqin hətta 2 dəfəyə çatması Azərbaycan banklarının fəaliyyətdə müşahidə olunan müəyyən problemlərlə bağlıdır. Belə ki, Azərbaycanda fəaliyyət göstərən banklar qeyri-faiz əməliyyatları nəticəsində zərər əldə edir və faiz əməliyyatları üzrə gəlirlərini artırmaq məcburiyyətində qalır. Bunun üçün banklar öz faiz siyasətlərini belə qurur ki, qeyri-faiz zərərin ödənilməsi və yekunda mənfəət əldə edilməsi mümkün olsun. Nəticədə kredit-depozit bazarında faizlərin spekulyativ amillər və yekunda faizlər arasında yüksək səviyyədə olan natarazlıq yaranır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR