Bank Of Baku

«Texnikabank» yeni əmanətlər üzrə faiz dərəcələrini azaldıb

«Texnikabank» yeni əmanətlər üzrə faiz dərəcələrini azaldıb
# 08 aprel 2011 11:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin Müşahidə Şurasının qərarı ilə bu il aprelin 11-dən etibarən yeni əmanətlər üzrə faiz dərəcələrinin manat və ABŞ dolları üzrə maksimum həddi illik 8% təyin edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda Şura tərəfindən son illər avro valyutasında müşahidə olunan dəyişkənlik nəzərə alınaraq faiz dərəcəsinin illik 7% həddindən artıq olmamaq şərti ilə qəbul olunması qərara alınıb.

Bankdan bildirib ki, faiz dərəcələrinin azaldılmasına səbəb bankın likvidliyinin artması olub.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivləri 534,74 mln. manat təşkil edib. Hazırda bankın 35 filialı, 60 bankomatı, 115 POS-terminalı 633 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR