Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Dünya Bankının İqtisadi Qrupunun Missiyası ilə görüş keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Dünya Bankının İqtisadi Qrupunun Missiyası ilə görüş keçirilib
# 08 aprel 2011 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının (DB) ölkə üzrə sektor koordinatoru Pedro Rodrigesin rəhbərlik etdiyi İqtisadi Qrupun Missiyası ilə görüş keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşün məqsədi Azərbaycan hökuməti ilə DB tərəfindən həyata keçirilən Birgə İqtisadi Tədqiqat Proqramının əsas konturlarını müəyyən etmək, Azərbaycan iqtisadiyyatının və qiymətli kağızlar bazarının inkişaf tendensiyalarının müzakirəsindən ibarət olub.

Görüş zamanı Komitənin sədri Rüfət Aslanlı ölkənin son dövrdə iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edərək, Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf modelinin müəyyən edilməsi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Birgə İqtisadi Tədqiqat Proqramın zəruriliyini qeyd edib və bu əsasda makroiqtisadi sabitliyin dayanıqlığının qorunub saxlanması, çevik biznes mühitinin yaradılmasının və insan kapitalının inkişafı məsələlərinin diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayıb. O, müxtəlif ölkələrin iqtisadi artım modellərinin işlənib hazırlanmasında DB-nın geniş təcrübəyə malik olduğunu bildirərək, adıçəkilən beynəlxalq qurum tərəfindən bu sahədə son dövrlər həyata keçirilən «bilik iqtisadiyyatı» əsaslı artım modellərinin də təcrübəsindən faydalanmanın zəruriliyini qeyd edib.

R.Aslanlı Azərbaycan qiymətli kağızlar bazarı haqqında geniş məlumat verərək, yerli kapital bazarının əsas institutlarının formalaşdığını və görülmüş tədbirlər nəticəsində son 2 ildə korporativ qiymətli kağızlar bazarında artımın müşahidə edildiyini bildirib.

Öz növbəsində P.Rodriges Birgə İqtisadi Tədqiqat Proqramının əhəmiyyətini vurğulayıb və bu proqramın qeyri-neft sektorunun diversifikasiyası və institusional inkişafın təmin edilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüşdə, həmçinin, özəl sektorun kapitallaşma mexanizmlərinin genişləndirilməsi, maliyyə hesabatlığının gücləndirilməsi, maliyyə sektorunun şaxələndirilməsi və rəqabət qabiliyyətliyinin artırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR