Bank Of Baku

Azərbaycan parlamenti «İcbari sığortalar haqqında» qanun layihəsi üzərində təkmilləşdirmə işi aparacaq

Azərbaycan parlamenti «İcbari sığortalar haqqında» qanun layihəsi üzərində təkmilləşdirmə işi aparacaq
# 08 aprel 2011 13:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında «İcbari sığortalar haqqında» qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 75 maddədən ibarət olan bu qanun layihəsində mülki məsuliyyətin icbari sığortası, nəqliyyat vasitələri, sərnişinlər, daşınmaz əmlakın icbari sığortası, sığorta ödənişlərinin həyata keçirilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri və s. məsələlər əksini tapıb.

Deputatlar isə çıxışlarında qanun layihəsinin təkmil olmadığını əsas gətirərək üzərində işlənilməsini təklif ediblər.

İclasda qanun layihəsinin deputatların irad və təklifləri nəzərə alınmaqla yenidən işlənilməsi qərara alınıb. Qərara əsasən, İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Çingiz Əsədullayevin rəhbərliyi altında yaradılmış İşçi Qrupu deputatların təkliflərini nəzərə almaqla qanun layihəsini yenidən hazırlayıb parlamentə üçüncü oxunuşa təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR