Bank Of Baku

“Xalq Bank” yeni ödəniş sisteminə qoşulub

“Xalq Bank” yeni ödəniş sisteminə qoşulub
# 08 aprel 2011 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC «Bill Pay» adlı yeni on-line ödəniş xidmətini istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət vasitəsilə bankın plastik kart sahibləri olan müştəriləri kommunal, eləcə də mobil və stasionar telefon, internet provayder, kabel televiziyası və digər xidmətləri on-line rejimində ödəmək imkanı qazanırlar.

«Bill Pay» sisteminin əsas üstünlüyü onun müştərilərə abonent kodları, telefon və kart nömrələrinin saxlandığı virtual şəxsi kabinetini yaratmaq imkanı verməsindədir. Sistemə daxil olmaq və aylıq ödənişlər üzrə əməliyyatlar aparmaq prosesi olduqca sadə və sürətlidir. Əlavə olaraq «Bill Pay» sistemində həyata keçirilən hər bir əməliyyata görə müştərilər bonus xalları alırlar ki, onları da sonda müxtəlif hədiyyələrə dəyişmək olar.

Xalq Bankın internet səhifəsində “Bill Pay” sistemindən istifadə pulsuzdur. Xidmətdən yararlanmaq üçün http://billpay.xalqbank.az/ səhifəsində qeydiyyatdan keçmək kifayətdir. Bankın saytında ödənişləri əvvəlki qaydada, qeydiyyatsız aparmaq da mümkündür, lakin bu halda müştəriyə bonuslar hesablanmır.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR