Bank Of Baku

Rusiyada iki bankir barəsində axtarış elan edilib

Rusiyada iki bankir barəsində axtarış elan edilib
# 08 aprel 2011 15:52 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi “Bank Moskva”nın prezidenti Andrey Borodini və onun birinci müavini Dmitri Akulilin barəsində axtarış elan edib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, İstintaq Komitəsi aprelin 6-da hər iki bankir barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçib.

Bundan əvvəl mətbuatda Andrey Borodin və Dmitri Akulilinin Moskvanı tərk edərək Böyük Britaniyaya getdiyi barədə məlumatlar yayılıb. A.Borodin Moskva hökumətinin 13 mlrd. rubl (460 mln. dollar) vəsaitini “Bank Moskva” vasitəsilə kreditə verib mənimsəməkdə ittiham olunur.

A.Borodin isə bəyan edib ki, Londonda müalicədədir və müalicəsi başa çatan kimi Moskvaya qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR