Bank Of Baku

«AtaLeasing» şirkətinin lizinq portfeli ilin əvvəlindən 26% artıb

«AtaLeasing» şirkətinin lizinq portfeli ilin əvvəlindən 26% artıb
# 09 aprel 2011 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» ASC-nin lizinq portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 4,360 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə nisbətən 25,7% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinq müqavilələrinin sayı 0,8% azalaraq 128-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 74,039 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin birinci rübündə şirkətin lizinq portfelinin əsasını nəqliyyat, inşaat, ticarət, sənaye istehsalı, yeyinti sənayesi, xidmət sahəsi, yol infrastrukturu və rabitə sektoru təşkil edib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR