Bank Of Baku

İslandiya Böyük Britaniya və Hollandiyaya borclarını qaytarmaqdan imtina edir

İslandiya Böyük Britaniya və Hollandiyaya borclarını qaytarmaqdan imtina edir
# 11 aprel 2011 08:31 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniya İslandiyanın “Icesave” bankını 5 mlrd. dollar həcmində olan borcunu qaytarmadığına görə məhkəməyə verəcək.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu barədə Böyük Britaniya Xəzinədarlığının katibi Denni Aleksander ötən həftə İslandiyada keçirilmiş referendumun nəticələrini şərh edərkən bildirib.

“Danışıqlarla tənzimlənmiş məsələni İslandiya xalqının rədd etməsi bizi təəccübləndirdi” - deyə D.Aleksander qeyd edib.

Hollandiyanın da İslandiyanı borclarını ödəmək üçün məhkəməyə verəcəyi istisna olunmur.

Qeyd edək ki, ötən həftə İslandiyada “Icesave” bankının Hollandiya və Böyük Britaniyaya olan borclarının ödənilməsi ilə bağlı referendum keçirilib. Seçicilərin 60%-i borcların ödənilməsinin əleyhinə səs verib. 2010-cu ilin martında eyni məsələ ilə bağlı keçirilmiş referendumda bu göstərici 93% olub.

Ötən ilin dekabr ayında İslandiya hökuməti imzaladığı sazişlərlə “Icesave” bankının Hollandiya və Böyük Britaniyaya olan borclarını ödəməyi öhdəsinə götürüb. Amma bundan sonra İslandiya prezidenti Olafur Raqnar Qrimsson bu sazişi imzalamaqdan imtina edib və yeni referendumun keçirilməsinin zəruriliyini bildirib.

Son referendumun nəticələrini şərh edən İslandiyanın baş naziri Yohanna Siqurdardottir bəyan edib ki, seçicilər hadisələrin ən pis inkişaf variantını seçiblər. O, ölkənin yeni iqtisadi böhranla üz-üzə qalacağını da istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR