Bank Of Baku

Bakıda beynəlxalq gömrük seminarı keçirilir

Bakıda beynəlxalq gömrük seminarı keçirilir
# 11 aprel 2011 09:11 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, tədbirin açılış mərasimində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ümumdünya Gömrük Təşkilatının texniki əməkdaşı Alvaro Fernandes Acebesi iştirak ediblər.

A.Əliyev bildirib ki, tədbirdə hər bir səviyyədə gömrük əməkdaşları iştirak edir və 5 gün davam edəcək seminar biliklərin artırılmasına xidmət edərək hamı üçün faydalı olacaq.

A.F.Acebesi ümid etdiyini bildirib ki, bu seminar uğurlu olacaq. Onun sözlərinə görə, 2012-ci ildən etibarən dünya ticarətinin 99%-i bu harmonik sistemlə təmin olunacaq ki, seminarın və ümumiyyətlə həmin sisteminin mahiyyəti çox yüksəkdir.

Seminarın ilk günündə təbdir iştirakçılarına Harmonik sistem Konvensiyası, harmonik sistemin strukturu, ümumi təsnifat prinsipləri, ümumi şərh qaydaları və qeydləri, harmonik sistemin təkmilləşdirilməsi, sistem üzrə komitələr və onların sistemin təkmilləşdirilməsində rolu mövzularında məruzələr təqdim edilir.

Sonrakı günlər ərzində harmonik sistem barədə daha ətraflı və konkret mövzular üzrə çıxış və təqdimatlar nəzərdə tutulur. Bundan başqa, seminar zamanı Azərbaycan Dövlət Gömrük Komitəsi Mərkəzi Laboratoriyasının təqdimatı və tədbir iştirakçılarının laboratoriyaya baxışı keçiriləcək. Həmçinin, seminar çərçivəsində özəl sektor üçün açıq sessiyanın keçirilməsi nəzərdə tutulur.

Seminar aprelin 15-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR