Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatlarının sayını artırır

Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatlarının sayını artırır
# 11 aprel 2011 10:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın gələcəkdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) üzv olan müvəkkil kredit təşkilatlarının sayı arta bilər.

«APA-Economics»in məlumatına görə, Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, SKMF-a sonuncu üzv olan təşkilat «Azər-Türk Bank» ASC olub və artıq bu təşkilat vasitəsilə bir neçə investisiya layihəsi maliyyələşdirilib: «Yaxın günlərdə Fondun Müşahidə Şurasının iclası keçiriləcək ki, iclasda daha 3 kredit ittifaqının müvəkkil kredit təşkilatı kimi Fonda üzv olması məsələsinə baxılacaq».

Qeyd edək ki, hazırda SKMF-a üzv olan 36 müvəkkil kredit təşkilatı mövcuddur. Onlardan 31-i bank, 4-ü kredit ittifaqı, 1-i isə bank olmayan kredit təşkilatıdır. Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatları qismində kreditlərin verilməsində iştirak edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR