Bank Of Baku

Rusiya prezidenti ötən il 121 min dollar pul qazanıb

Rusiya prezidenti ötən il 121 min dollar pul qazanıb
# 11 aprel 2011 11:53 (UTC +04:00)
Bakı - APA-Economics. Kremlin saytında Rusiya prezidentinin və onun ailə üzvlərinin gəlirləri və əmlakı barədə məlumat dərc olunub.

APA-Economics”in xəbərinə görə, Rusiya prezidenti Dmitri Medvedev ötən il 3 mln. 378 min 673 rubl 63 qəpik (təxminən 121 min dollar) pul qazanıb.

İki il əvvəlki göstərici ilə müqayisədə 2010-cu ildə D.Medvedevin gəlirlərində praktiki olaraq dəyişiklik baş verməyib. O, 2009-cu ildə 3 mln. 335 min 281 rubl 39 qəpik (119 min dollardan çox) gəlir əldə edib.

D.Medvedev xanımı Svetlana ilə birlikdə 367,8 kv. metr sahəsi olan mənzilə sahibdir. Bundan başqa, prezident 4700 kv. metr sahəsi olan torpaq sahəsini icarəyə götürüb. Rusiya banklarındakı 14 hesabda onun 4 mln. 961 min 528 rubl 98 qəpik (177 min dollar) pulu var. Prezident həmçinin 1948-ci il buraxılışlı “Pobeda-QAZ 20” markalı avtomobilə malikdir.

Rusiyanın birinci xanımı Svetlana Medvedeva həyat yoldaşı ilə birgə sahib olduğu mənzildən başqa, ölkə banklarında 3 hesaba malikdir. Maraqlıdır ki, bu hesablarda 1 rubl da olsa, pul yoxdur. Onun ümumi sahəsi 32,5 kv. metr olan iki maşınlıq qarajı və 1999-cu il buraxılışlı “Volksfagen-Golf” markalı avtomobili də var.

Medvedevlərin 15 yaşlı oğlu İlya 2010-cu ildə heç bir gəlirə, əmlaka, bank əmanətlərinə və qiymətli kağızlara malik olmayıb.

Qeyd edək ki, Kremlin saytında Rusiya Prezident Administrasiyasının əməkdaşlarının və onların ailə üzvlərinin gəlirləri barədə də məlumat yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR