Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti daxilolmalarını 26% artırıb

«Azərbaycan Sənaye Sığorta» şirkəti daxilolmalarını 26% artırıb
# 11 aprel 2011 13:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti 2011-ci ilin yanvar-mart ayları ərzində ümumilikdə 1,248 mln. manat həcmində nin sığorta haqları toplayıb. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,3% çoxdur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sığorta haqlarının strukturunda 1,107 mln. manatı və ya 88,7%-i könüllü sığorta növləri üzrə daxilolmalar təşkil edib. O cümlədən, 842,3 min manat və ya 67,5% əmlak sığortasının payına düşüb.

Öz növbəsində şirkət tərəfindən I rüb ərzində həyata keçirilən sığorta ödənişlərinin həcmi 147,1 min manat təşkil edib ki, bu da illik müqayisədə 2,3 dəfə azdır. Ödənişlərin tərkibində 123,9 min manat və ya 84,3%-lik payla əsas yeri könüllü əmlak sığortası üzrə ödənişlər tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR