Bank Of Baku

Çində son yeddi ildə ilk dəfə ticarət balansının rüblük kəsiri qeydə alınıb

Çində son yeddi ildə ilk dəfə ticarət balansının rüblük kəsiri qeydə alınıb
# 11 aprel 2011 14:45 (UTC +04:00)
Bakı - APA-Economics. Son yeddi il ərzində ilk dəfə olaraq Çində xarici ticarət balansının rüblük kəsiri qeydə alınıb.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, 2011-ci ilin ilk üç ayının nəticələrinə əsasən idxal ixracı 1,02 mlrd. dollar üstələyib.

Balansın kəsirinə səbəb Çinə idxal olunan malların qiymətlərinin artmasıdır. Çinin Avropa İttifaqından sonra ikinci ən böyük ticarət tərəfdaşı olan Yaponiyada baş verən dağıdıcı zəlzələ və neftin qiymətinin artması da buna öz təsirini göstərib.

Ötən ilin I rübü ilə müqayisədə xarici ticarətin həcmi bu ilin yanvar-mart aylarında 29,5% artaraq 800,3 mlrd. dollar təşkil edib. Bu zaman ixracın həcmi 26,5%, idxalın həcmi isə 32,6% artıb.

Qeyd edək ki, Çində sonuncu dəfə rüblük kəsir 2004-cü ildə qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR