“Hesablama Palatasının 2010-cu ildə fəaliyyəti haqqında hesabat” geniş müzakirə edilib
Hesablama Palatasından «APA-Economics»ə verilən məlumata görə, iclasda qeyd olunub ki, hesabatın strukturu «Hesablama Palatasının illik fəaliyyəti barədə hesabatın hazırlanması, baxılması və təsdiq olunması Qaydaları»nın tələblərinə uyğun müəyyənləşdirilib, hesabatda qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq Palatanın illik fəaliyyətinin nəticələri, o cümlədən 2010-cu ilin İş planında nəzərdə tutulmuş nəzarət tədbirlərinin yekunları, dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə müvafiq qanun layihələrinə, dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə hazırlanmış rəylərin xülasəsi, həmçinin Palatanın cari fəaliyyətinin təşkili üzrə görülmüş işlər əks etdirilib.
«Hesabatda əsas diqqət Palatanın nəzarət fəaliyyətinin nəticələrinin, o cümlədən yoxlanılan qurumlarda normativ hüquqi aktların tələblərinin pozulması hallarının, yol verilmiş nöqsan və çatışmazlıqların əks etdirilməsinə yönəldilib, eyni zamanda hər bir nəzarət tədbiri üzrə Palatanın təqdimatına əsasən həmin qurumlar tərəfindən görülmüş işlər və tədbirlər geniş qeyd olunub. Aparılmış maliyyə-büdcə nəzarəti tədbirləri nəticəsində 2010-cu ildə də Palatanın saxlanılmasına sərf edilmiş büdcə vəsaitindən əvvəlki ildə olduğu kimi bir neçə dəfə çox dövlət vəsaitinin büdcəyə bərpa edilməsi, səmərəsiz xərclərin qarşısının alınması və müvafiq qaydada uçota götürülməsi, buraxılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin, həmçinin yol verdikləri nöqsan və maliyyə pozuntularına görə aidiyyəti məsul şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə nail olunması hesabatda xüsusi vurgulanıb», - deyə Hesabat Palatasından bildirilib.
Bundan başqa, Palatanın fəaliyyətinin təşkili üzrə hesabatda bir çox məsələlər, o cümlədən cari fəaliyyətin tənzimlənməsi ilə bağlı görülmüş işlər, hesabat ili üzrə İş planının əsas xüsusiyyətləri, «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə edilmiş dəyişiklik, normativ-metodiki təminatın gücləndirilməsi məqsədilə beynəlxalq audit standartlarının tələblərinə uyğun hazırlanmış 5 yeni qayda, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması istiqamətində Palata tərəfindən həyata keçirilmiş tədbirlər, habelə Palatanın beynəlxalq fəaliyyəti, maliyyə təminatı, daxil olmuş təklif, ərizə və şikayətlərə baxılması məsələləri ətraflı qeyd olunub.
Hesabatın sonunda dövlət büdcəsinin formalaşdırılmasına və dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunmasına, dövlət əmlakının və vəsaitlərinin idarə olunmasına dövlət nəzarətinin gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın və hesabatlılığın artırılması, qanunvericilik aktlarında və normativ-metodiki sənədlərdə mövcud olan boşluqların və ziddiyyətlərin aradan qaldırılması məqsədilə Palata tərəfindən Nazirlər Kabinetinə göndərilmiş təklif və tövsiyələr əks etdirilib.
«Hesablama Palatasının 2010-cu ildə fəaliyyəti haqqında hesabat» geniş müzakirə olunaraq təsdiq edilib və Hesabatın Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb.
İclasda həmçinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Dövlət Tibb Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılmasının əsaslılığı, tərtibi və icrasının və «Təhsil» bölməsi üzrə Təhsil Nazirliyinə Dövlət proqram və tədbirlərinə ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və istifadəsi üzrə keçirilmiş audit tədbirlərinin nəticələrinə dair hesabat və rəylər müzakirə olunaraq təsdiq edilib.
Maliyyə
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Xəbər Lenti
DÇ-2026: Fransa 3 qolla 3 xal qazanıb
Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni bloklayıb
Merz: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ilk real şans yaranıb
Çin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb edib
Almaniya PUA-lardan müdafiəyə 16 milyard avro investisiya qoymaq niyyətindədir
Xmelnitskidə Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb, hər iki ekipaj üzvü həlak olub - YENİLƏNİB
Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb
Ağ Ev Trampın Heqseti işdən çıxarmağı düşündüyü barədə şayiələri təkzib edib
UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq
UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib
İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatıb
Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var
Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib
Yuri Uşakov: Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb
NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq
Putin Kazanda Hakan Fidanla görüşəcək
Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub
Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət edib
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olub - YENİLƏNİB
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək
Rusiya və Türkiyə Qara dənizdə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edəcək
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib - FOTO
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Xankəndi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Tramp: İranın nüvə materialını ələ keçirdikdən sonra məhv edəcəyik
ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edəcək
SOCAR-ın vitse-prezidenti: Yeni enerji tələbatı bizi qazdan elektrik istehsalı sahəsinə yönəldib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib
Tramp: İranla əlaqələr normallaşıb, Hörmüz boğazı açıq qalacaq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
Xırdalanda 3296 metrlik yeni kanalizasiya kollektoru inşa edilir
Bəzi rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub