Bank Of Baku

«Dəmirbank» mikromaliyyələşdirmə üçün xaricdən yeni kredit cəlb edib

«Dəmirbank» mikromaliyyələşdirmə üçün xaricdən yeni kredit cəlb edib
# 12 aprel 2011 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC ilə ABŞ-ın «MicroVest» mikromaliyyə təşkilatı arasında maliyyə vəsaitinin cəlb olunmasına dair yeni müqavilə imzalanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, razılaşmaya əsasən, «MicroVest» mikromaliyyə təşkilatının idarə etdiyi «MicroVest I L.P» və «MicroVest SDF L.P» fondları tərəfindən «Dəmirbank» üçün ayrılan vəsaitin ümumi məbləği 2,4 mln. ABŞ dolları təşkil edir. Bu vəsait yerli sahibkarlara mikro və kiçik həcmli kreditlər formasında təqdim olunacaq.

Qeyd edək ki, «Dəmirbank» ASC «MicroVest» ilə əməkdaşlığa 2007-ci ildə başlayıb və yeni razılaşmalar daxil olmaqla ümumilikdə 5 mln. dollara yaxın vəsait cəlb edib.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 340,381 mln. manat, depozit portfeli 145,828 mln. manat, kredit portfeli 246,172 mln. manat, məcmu kapitalı 48,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR