Bank Of Baku

«NBC Bank» İnternet bankçılıq xidmətini genişləndirir

«NBC Bank» İnternet bankçılıq xidmətini genişləndirir
# 12 aprel 2011 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC «Enternet banking» (İnternet bankçılıq) xidmətinin geniş tətbiqinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilərin rahatlığı nəzərə alaraq və vaxt itkisinin qarşısını almaq məqsədilə genişləndirilən «Enternet banking» xidməti evdən və ya ofisdən günün 24 saatı ərzində internet vasitəsilə əməliyyatları aparmaq imkanı verir.

«İnternet bankçılıq xidmətindən faydalanmaqla müştərilər banka getmədən, yalnız internetə daxil olmaqla öz hesabları üzrə qalıqları yoxlaya, istənilən müddət üzrə hesaba dair çıxarışlar əldə edə, kommunal xərcləri, beynəlxalq və yerli rabitə borclarını, mobil telefondan istifadəyə görə («Azercell», «Bakcell», «NarMobile») abunə haqlarını ödəyə, bir hesabdan digər hesaba pul köçürə bilərlər», - deyə bankdan bildirilib.

«Enternet banking» xidmətindən istifadə üçün müştərilər «NBC Bank»ın filiallarına ərizə ilə müraciət etməlidir. Müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə onun «Enternet Banking» sisteminə qoşulmasını təmin edən login və parol veriləcək.

Qeyd edək ki, əvvəllər bu xidmətdən yalnız kommunal, mobil telefon, beynəlxalq və yerli rabitə borclarının ödənişləri üzrə əməliyyat aparmaq olurdu.

«NBCBank» ASC 1992-ci ilin dekabrında «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 7 filialı, 6 bankomatı və 46 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR