İcmala əsasən, MDB ölkələri və Gürcüstan arasında BVF ən aşağı iqtisadi artım tempinin Azərbaycanda (2,8%), ən yüksək tempinin isə Türkmənistanda (9,0%) olacağını proqnozlaşdırır:
Ölkə | 2011-ci il | 2012-ci il |
Türkmənistan | 9,0% | 6,4% |
Özbəkistan | 7,0% | 7,0% |
Belarus | 6,8% | 4,8% |
Qazaxıstan | 5,9% | 5,6% |
Tacikistan | 5,8% | 5,0% |
Gürcüstan | 5,5% | 4,8% |
Qırğızıstan | 5,0% | 6,0% |
Rusiya | 4,8% | 4,5% |
Ermənistan | 4,6% | 4,3% |
Moldova | 4,5% | 4,8% |
Ukrayna | 4,5% | 4,9% |
Azərbaycan | 2,8% | 2,5% |
Göründüyü kimi, BVF gələn ildə də ÜDM-in ən aşağı artım tempinin Azərbaycanda olacağını proqnozlaşdırır. Qeyd etmək lazımdır ki, İcmalın ölkə və regionlar üzrə təhlilində Azərbaycan üzrə heç bir şərh verilmir və iqtisadi artımın bu dərəcədə aşağı səviyyədə proqnozlarının hər hansı bir səbəbi və ya əsası göstərilmir.
Azərbaycanda 2011-ci ilin yanvar-fevral aylarında ÜDM-in artımı 1,4%, ötən il isə 5% təşkil edib.