Bank Of Baku

Bakıda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının iclası keçirilir
# 12 aprel 2011 09:32 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, komissiyaya Azərbaycan tərəfdən sədrlik edən iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda dinamik iqtisadi inkişafa nail olunub, ölkədə sahibkarlıq fəaliyyəti genişlənir, əlverişli investisiya və biznes mühiti yaradılır.

Nazir bildirib ki, Azərbaycan xarici ölkələrlə, o cümlədən İordaniya ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Azərbaycan və İordaniya arasında əlaqələrin inkişafından danışan Ş.Mustafayev bildirib ki, Hökumətlərarası Komissiyanın Əmmanda keçirilən I iclasından sonra təhsil və İKT sahələri üzrə sənədlər imzalanıb, baytarlıq, kənd təsərrüfatı, gömrük, ticarət, hava nəqliyyatı və s. sənədlər imzalanma üçün razılaşdırılıb.

Öz növbəsində İordaniyanın sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın İordaniya tərəfdən sədri Hani əl-Mülki Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduqlarını vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.

İclasda Azərbaycan və İordaniya arasında ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, gömrük, nəqliyyat, mədəniyyət və turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Qeyd edək ki, tədbirin sonunda Hökumətlərarası Komissiyanın II iclasının yekunlarına dair protokol imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR