Bank Of Baku

«Azər-Türk Bank» son bir ildə depozit portfelini 36% artırıb

«Azər-Türk Bank» son bir ildə depozit portfelini 36% artırıb
# 12 aprel 2011 10:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 50,663 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstəricidən 17% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,7% artaraq 33,104 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 13% artaraq 12,408 mln. manata, 12 ayadək verilən kreditlər 6,8% azalaraq 6,405 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər 5,2% artaraq 26,699 mln. manata, vaxtı keçmiş kreditlər isə 36,2% artaraq 1,850 mln. manata çatıb.

Bu müddət ərzində bankın depozit portfeli 36% artaraq 31,297 mln. manat, o cümlədən müddətli depozitlər 41% artaraq 19,292 mln. manat, tələb olunanadək depozitlər 29% artaraq 12,005 mln. manat, əhalidən cəlb edilmiş əmanətlərin həcmi isə 5,1% artaraq 12,682 mln. manat təşkil edib.

Təhlil olunan dövrdə bankın məcmu kapitalı 12,3% azalaraq 11,189 mln. manat, o cümlədən nizamnamə kapitalı təxminən 10% artaraq 10,991 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın cəmi gəlirləri 5,3% artaraq 1,871 mln. manat, xərcləri isə 4,2% ataraq 1,578 mln. manat olub. Nəticədə, bankın mənfəəti 36,4% azalaraq 0,293 mln. manat, xalis mənfəəti isə 56,4% azalaraq 0,182 mln. manat təşkil edib.

Xatırladaq ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı və 23 POS-terminalı fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 20 135 müştərisi, 2 089 aktiv plastik kartı və 119 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR