Bank Of Baku

«Alfa Sığorta» son bir ildə daxilolmalarını 44% artırıb

«Alfa Sığorta» son bir ildə daxilolmalarını 44% artırıb
# 12 aprel 2011 12:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkətinin 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 403,812 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 44,2% çoxdur.

Şirkətdən «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta hadisələri üzrə ödənişləri 53% azalaraq 85,319 min manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 359,970 min manat, icbari sığorta növləri üzrə isə 43,842 min manat təşkil edib.

Daxilolmaların strukturunda 181,614 min manat «Fərdi qəza və xəstəlik sığortası», 111,881 min manat «Avtonəqliyyat vasitələrinin sığortası» və 42,651 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası» növlərinin payına düşüb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 45%, 28% və 11% təşkil edib.

X.Məmmədxanlı bildirib ki, sığorta ödənişlərində isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (56,410 min manat və ya 66%), «Fərdi qəza və xəstəlik sığortası» (11,393 min manat və ya 13,4%) və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (7,255 min manat və ya 8,5%) növləri üzrə ödənilib.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR