Bank Of Baku

Azərbaycan sosial ipotekanı genişləndirə bilər

Azərbaycan sosial ipotekanı genişləndirə bilər
# 12 aprel 2011 13:40 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Aftandil Babayev «APA-Economics»ə açıqlamasında bildirib ki, 2011-ci ilin dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklər ediləndə AMB bu sahəyə ayrılan vəsaitin artırılmasını təklif edəcək.

Sədr müavini həmçinin qeyd edib ki, hazırda ipoteka kreditlərinin şərtlərinin dəyişdirilməsi məsələsi gündəlikdə deyil. Bu, həmin sahəyə ayrılan vəsaitlərin azlığı ilə bağlıdır. «Vəsaitlər artırılarsa, şərtlərin dəyişdirilməsi məsələsinə də baxıla bilər. Büdcə dəyişiklikləri nəticəsində sosial ipoteka üçün məbləğlər artırılsa, sosial ipoteka kreditləşməsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı təkliflərimizi verə bilərik», - deyə A.Babayev bildirib.

Xatırladaq ki, 2011-ci ilin dövlət büdcəsindən sosial ipoteka üçün 14 mln. manatın ayrılması planlaşdırılır. Sosial ipoteka kreditləri əhaliyə illik 4%-lə ayrılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR