Bank Of Baku

Azərbaycanda «İcbari sığortalar haqqında» qanun layihəsinin yeni ildən tətbiq olunacağı gözlənilir

Azərbaycanda «İcbari sığortalar haqqında» qanun layihəsinin yeni ildən tətbiq olunacağı gözlənilir
# 12 aprel 2011 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «İcbari sığortalar haqqında» yeni qanun layihəsi cari ilin ortalarında qəbul olunarsa, bu, effektini yalnız 2012-ci ildə verəcək. «APA-Economics»in məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, qanun layihəsindən irəli gələn məsələlər, o cümlədən normativ aktların qəbulu üçün müəyyən vaxt lazım olacaq: «Hesab edirəm ki, sözügedən qanun layihəsi 2012-ci ilin yanvarın 1-dən etibarən tətbiq olunacaq. Bunun nəticəsində sığorta bazarı bir qədər də aktivləşəcək. Belə ki, icbari sığorta növləri könüllü sığortanın inkişafını stimullaşdıracaq. Yeni qanun tətbiq olunduqdan sonra ölkənin sığorta bazarının həcmi 50-60 mln. manat artacağı gözlənilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR