Bank Of Baku

Azərbaycan cari əməliyyatlar balansının ÜDM-ə nisbəti üzrə MDB-də liderdir

Azərbaycan cari əməliyyatlar balansının ÜDM-ə nisbəti üzrə MDB-də liderdir
# 12 aprel 2011 14:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda cari əməliyyatlar balansının ÜDM-ə nisbəti 2011-ci il üçün 28,4% səviyyəsində proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) «Dünya iqtisadiyyatına dair İcmal»ında göstərilib.

İcmala əsasən, MDB ölkələri və Gürcüstan üzrə həmin göstəricin ən yüksək səviyyəsi Azərbaycanda, ən aşağı səviyyəsi isə Belarusda gözlənilir:

Ölkə 

2011-ci il

2012-ci il

Azərbaycan 

28,4% 

24,2% 

Özbəkistan 

10,0% 

6,7% 

Qazaxıstan 

5,8% 

4,2% 

Rusiya 

5,6% 

3,9% 

Ukrayna 

-3,6% 

-3,8% 

Tacikistan 

-4,1% 

-7,2% 

Türkmənistan 

-4,7% 

-3,9% 

Qırğızıstan 

-6,7% 

-7,8% 

Moldova 

-11,1% 

-11,2% 

Ermənistan 

-12,4% 

-11,3%

Gürcüstan 

-13,0% 

-12,0% 

Belarus 

-15,7% 

-15,2% 



Göründüyü kimi, regionun yalnız 4 ölkəsində cari əməliyyatlar balansı müsbət olacaq ki, bu da neft və qaz ixrac edən dövlətlərdir. Xatırladaq ki, ölkənin tədiyə balansının tərkib hissəsi olan cari əməliyyatlar balansının əsas hisəəsini xarici ticarət balansı tutur. Xarici ticarətdə müsbət balans əsasən xammal ixrac edən ölkələrdə müşahidə olunur.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına görə, Azərbaycanın cari əməliyyatlar balansının müsbət saldosu 15,040 mlrd. dollar, onun ÜDM-ə nisbəti isə 27,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR