Bank Of Baku

«Azərqarant» sığorta şirkəti son bir ildə daxilolmalarını 36% artırıb

«Azərqarant» sığorta şirkəti son bir ildə daxilolmalarını 36% artırıb
# 12 aprel 2011 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 249,143 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 36% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 5,6 dəfə artaraq 57,827 min manat təşkil edib.

Təhlil olunan dövr ərzində toplanmış sığorta haqlarının çox hissəsi «Fərdi qəza və xəstəlik sığortası» (89,737 min manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (85,216 min manat) və «Avtonəqliyyat vasitələrinin sığortası» (38,414 min manat) növlərinin payına düşüb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi isə müvafiq olaraq 36%, 34% və 15,4% təşkil edib.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «Fərdi qəza və xəstəlik sığortası» (41,508 min manat və ya 72%) və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (12,730 min manat və ya 22%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 3,260 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR