Bank Of Baku

«Paşa Bank» nizamnamə kapitalını artırıb

«Paşa Bank» nizamnamə kapitalını artırıb
# 12 aprel 2011 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC bu ili naprel ayı ərzində nizamnamə kapitalını 7% və ya 8 mln. manat artıraraq aprelin 12-i vəziyyətinə 123,4 mln. manata çatdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması bankın 2010-cu ildə əldə etdiyi mənfəətin qismən kapitallaşması vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 509,074 mln. manat, depozit portfeli 388,601 mln. manat, kredit portfeli 194,860 mln. manat, məcmu kapitalı 132,284 mln. manat, o cümlədən nizamnamə kapitalı 115,4 mln. manat təşkil edib. Bankın hazırda 6 bankomatı və 56 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR