Bank Of Baku

Bakıda dövlət qulluqçuları üçün seminar keçirilib

Bakıda dövlət qulluqçuları üçün seminar keçirilib
# 12 aprel 2011 15:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Nazirliyin, onun strukturuna daxil olan dövlət agentlik və xidmətlərinin aparatlarının dövlət qulluqçuları üçün seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarda əsasən Maliyyə Nazirliyi sisteminə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq müsabiqə və müsahibə yolu ilə qəbul edilmiş, həmçinin ehtiyat kadr siyahısından cəlb edilmiş şəxslər iştirak edib.

Seminar iştirakçılarına «Dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi», «Dövlət qulluqçularının etik davranış qaydaları», «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu: mahiyyəti və məzmunu, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın Maliyyə Nazirliyində həyata keçirilməsi», «İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkili» və s. mövzularda mühazirələr oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR