Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - YENİLƏNİB
İlin ilk üç ayında sənaye istehsalının 0,3 faiz artdığını deyən Prezident İlham Əliyev sənayenin inkişafında mühüm amil kimi ölkədə qeyri-neft sənayesinin 9,8 artmasını qeyd edərək, hazırda neft hasilatının yüksək həddə çatdığını, növbəti illərdə qaz istehsalının da artacağını deyib. Prezident İlham Əliyev ölkənin valyuta ehtiyatlarının 34,7 milyard dollara çatdığını və bunun ilin sonuna qədər artmaqda davam edəcəyini bildirib: “Bütün bunlar Azərbaycanda böyük investisiya layihələrinin icra edilməsi fonunda baş verir. Bu isə ölkəmizin iqtisadi və maliyyə gücünün göstəricisidir”. Dövlətimizin başçısı bütövlükdə iqtisadi sahədə bütün tapşırıqların yerinə yetirildiyini, sosial sahədə qarşıya qoyulan vəzifələrin həyata keçirildiyini bildirib.
Prezident İlham Əliyev informasiya-kommunikasiya sektorunun çox dinamik şəkildə inkişaf etdiyini bildirərək, ölkəmizdə süni peykin yaradılması proqramının da icra edildiyini vurğulayıb. Hərbi sənaye potensialının sürətlə inkişaf etdiyini söyləyən prezident İlham Əliyev respublikamızda müxtəlif adda müasir hərbi sənaye məhsullarının istehsal olunduğunu nəzərə çatdırıb.
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsindən danışarkən, bu məsələdə ölkəmizin mövqeyinin birmənalı olduğunu deyib: “Münaqişə ilə bağlı aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və heç bir şərt irəli sürülmədən ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.
Sonra maliyyə naziri Samir Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov rəhbərlik etdikləri qurumların ilin birinci rübündəki fəaliyyəti barədə məlumat veriblər.
Müşavirəyə yekun vuran prezident İlham Əliyev dünya bazarlarında neftin bahalaşmasının inflyasiya risklərini artıra biləcəyinə toxunaraq, müvafiq tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev istehlak qiymətlərinə nəzarətin olduğunu, daim monitorinq aparıldığını və inhisarçılığa qarşı mübarizənin həm idxalda, həm daxili istehsalda daha da güclü olması üçün tədbirlərin görülməsinin vacibliyini qeyd edib. O nəzərə çatdırıb ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi öz nəticələrini verir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunduğunu, təhlükəsizlik tədbirlərinin çox güclü, kriminogen durumun yaxşı olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı bütün bu işlərin görülməsi üçün büdcəyə əlavələrin edilməsinin vacibliyini bildirərək, ölkədə bütövlükdə işlərin yaxşı getdiyini, bunu 2011-ci ilin ilk üç ayının yekunlarının da təsdiqlədiyini söyləyib.
Maliyyə
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Xəbər Lenti
DÇ-2026: Fransa 3 qolla 3 xal qazanıb
Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni bloklayıb
Merz: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ilk real şans yaranıb
Çin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb edib
Almaniya PUA-lardan müdafiəyə 16 milyard avro investisiya qoymaq niyyətindədir
Xmelnitskidə Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb, hər iki ekipaj üzvü həlak olub - YENİLƏNİB
Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb
Ağ Ev Trampın Heqseti işdən çıxarmağı düşündüyü barədə şayiələri təkzib edib
UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq
UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib
İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatıb
Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var
Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib
Yuri Uşakov: Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb
NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq
Putin Kazanda Hakan Fidanla görüşəcək
Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub
Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət edib
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olub - YENİLƏNİB
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək
Rusiya və Türkiyə Qara dənizdə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edəcək
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib - FOTO
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Xankəndi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Tramp: İranın nüvə materialını ələ keçirdikdən sonra məhv edəcəyik
ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edəcək
SOCAR-ın vitse-prezidenti: Yeni enerji tələbatı bizi qazdan elektrik istehsalı sahəsinə yönəldib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib
Tramp: İranla əlaqələr normallaşıb, Hörmüz boğazı açıq qalacaq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
Xırdalanda 3296 metrlik yeni kanalizasiya kollektoru inşa edilir
Bəzi rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub