Bank Of Baku

«United Credit Bank» bu ilin I rübündə aktivlərini 6% artırıb

«United Credit Bank» bu ilin I rübündə aktivlərini 6% artırıb
# 13 aprel 2011 07:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 43,162 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 6% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,4% artaraq 33,050 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 13,5% artaraq 13,690 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın depozit portfeli 6% genişlənərək 14,813 mln. manat, o cümlədən müddətli depozitlər 28% artaraq 12,481 mln. manat, tələb olunanadək depozitlərin həcmi isə 45% azalaraq 2,332 mln. manat olub.

Bununla yanaşı, hesabat dövrünün sonuna bankın məcmu kapitalı 12% artaraq 13,975 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,108 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 22,4% artaraq 1,458 mln. manat, o cümlədən faiz gəlirləri 28% artaraq 1,374 mln. manat, qeyri-faiz gəlirləri isə 30% azalaraq 0,084 mln. manat olub. Həmçinin bankın ümumi xərcləri 39% azalaraq 1,371 mln. manata, o cümlədən faiz xərcləri 8,8% artaraq 0,660 mln. manat, qeyri-faiz xərcləri isə 57% azalaraq 0,711 mln. manata çatıb. Nəticədə, bu ilin birinci rübündə bankın mənfəəti 0,087 mln. manat təşkil edib. Ötən ilin yanvar-mart aylarında isə bank 1,063 mln. manat zərərlə işləyib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin aprelin 1-nə bankın 6 filialı, 5 bankomatı, 39 POS-terminalı və 118 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR