Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsi I rübdə büdcəyə ödənişlər üzrə proqnozu 100,2% səviyyəsində icra edib

Azərbaycan Dövlət Gömrük Komitəsi I rübdə büdcəyə ödənişlər üzrə proqnozu 100,2% səviyyəsində icra edib
# 13 aprel 2011 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2011-ci ilin yanvar-mart ayları ərzində proqnozlaşdırılan 240 mln. manata qarşı 240,6 mln. manat gömrük ödənişləri toplayaraq dövlət büdcəsinə köçürülməsini edib və bununla da proqnoz 100,2% səviyyəsində icra olunub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında DGK-nin sədri Aydın Əliyev bildirib.

A.Əliyev məruzə edib ki, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bir sıra müvafiq tədbirlər artıq görülüb. Belə ki, Komitənin strukturuna daxil olan bütün gömrük idarələrində POS-terminallar quraşdırılıb, qanunvericilikdə müəyyən edilmiş bütün gömrük ödənişlərinin bank və plastik kart vasitəsilə aparılmasına başlanılıb, gömrük orqanlarında göstərilən xidmətlərin operativliyi və şəffaflığın artırılması məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün Bakıda Baş Gömrük İdarəsi və Astara Gömrük İdarəsində elektron idarəetmə sisteminin tətbiqinə başlanılıb, qısa müddət ərzində digər gömrük orqanlarında da bu sistemin tətbiqi tam təmin olunacaq.

A.Əliyevin sözlərinə görə, Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, uçota alınması, nəqliyyat vasitələrinə dövlət qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanının verilməsi və digər prosedurları «bir pəncərə» prinsipi əsasında sadələşdirilməsi məqsədilə müvafiq icra orqanları ilə birgə vahid mexanizmin işlənib hazırlanması istiqamətində aidiyyəti tədbirlər görülür və 3 ay müddətində icrası təmin olunacaq.

Cari ilin yanvar-mart aylarında Azərbaycanın gömrük orqanları tərəfindən 4 665 hüquqpozma faktı aşkar edilib ki, bu faktların 60-ı cinayət xarakterli olub. Görülən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 33 fakt aşkar edilib, həmin faktlar üzrə 40,7 kq narkotik, o cümlədən 5,6 kq heroin, 1,2 kq tiryək, 29,3 kq həşiş və digər narkotik vasitələr tutulub. Cari ilin üç ayı ərzində aşkar olunmuş 4 605 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 118 hüquqi və 4 487 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib. Bu faktlar üzrə qeyd olunan şəxslərə 254 min manat cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR