Azərbaycan dövlət büdcəsinin mədaxil hissəsi I rübdə 13% artıb
Onun sözlərinə görə, hesabat dövründə Vergilər Nazirliyi büdcəyə 1,161 mln. manat, ötən ilin eyni dövrünə nisbətən 151 mln. manat və ya 15% çox vəsaitin daxil olmasını təmin edib: «Bu vəsaitin 58,7%-i və ya 681 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 132 mln. manat və yaxud 24% çoxdur».
S.Şərifov qeyd edib ki, qeyri-dövlət sektorunda iqtisadi fəallığın artması və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin real nəticəsi kimi bu sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,9%, vergi daxilolmalarında xüsusi çəkisi isə 67,6%-dən 71,1%-ə çatıb.
«Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2% əməl olunmaqla büdcəyə 241 mln. manatın daxil olması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1% çoxdur. Eyni zamanda, Dövlət Neft Fondundan büdcəyə 1,330 mlrd. manat vəsait transfert edilib», - deyə nazir bildirib.
Bundan başqa S.Şərifov qeyd edib ki, hesabat dövründə sair daxilolmalar üzrə büdcəyə 36 mln. manat vəsait təmin edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 mln. manat çoxdur.
Eyni zamanda, yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,3% və ya 2,087 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 108 mln. manat və ya 5,5% çox icra olunub.
Nazirin sözlərinə görə, iqtisadi təsnifata uyğun olaraq I rübdə dövlət büdcəsinə daxil olan vəsaitin 47,9%-i və ya 1 mlrd. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 129 mln. manat və ya 14,9% çoxdur: «Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin I rübündə sosial təyinatlı xərclərə aid olan təqaüdlər və sosial müavinətlərin ödənişinə 17,2% və ya 57 mln. manat çox, əməyin ödənişi fonduna 14,2% və ya 70 mln. manat çox, ərzaq və dərman xərclərinə 3,8% və ya 1,6 mln. manat çox vəsait sərf edilib».
S.Şərifov qeyd edib ki, hesabat dövründə həmçinin, məcburi köçkünlərə, müavinət və yardım alan vətəndaşlara nəzərdə tutulan ödənişlər üzrə öhdəliklərin icrası tam təmin edilib, növbəti rüblər hesabına ayrılan vəsait də nəzərə alınmaqla I rübdə sosial müdafiə və sosial təminat xərclərinə 408 mln. manat və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 19,2% çox vəsait ayrılıb.
«Funksional təsnifata uyğun olaraq hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 21,9%, səhiyyə xərclərinə 21,8%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 18,3%, təhsil xərclərinə 12,4%, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 11,9% çox vəsait yönəldilib», - deyə S.Şərivo vurğulayıb.
Hesabat dövründə həmçinin, dövlətin xarici və daxili borclarının ödənilməsi üçün büdcədən 154 mln. manat vəsait yönəldilib.
Azərbaycanın xaricdə olan diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün dövlət büdcəsindən 15 mln. manat, ölkədə keçirilmiş bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsinə isə 3,5 mln. manat vəsait yönəldilib.
Bundan başqa, «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrası üçün büdcədən 25 mln. manat vəsait yönəldilib.
Maliyyə
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Xəbər Lenti
DÇ-2026: Fransa 3 qolla 3 xal qazanıb
Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni bloklayıb
Merz: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ilk real şans yaranıb
Çin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb edib
Almaniya PUA-lardan müdafiəyə 16 milyard avro investisiya qoymaq niyyətindədir
Xmelnitskidə Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb, hər iki ekipaj üzvü həlak olub - YENİLƏNİB
Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb
Ağ Ev Trampın Heqseti işdən çıxarmağı düşündüyü barədə şayiələri təkzib edib
UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq
UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib
İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatıb
Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var
Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib
Yuri Uşakov: Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb
NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq
Putin Kazanda Hakan Fidanla görüşəcək
Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub
Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət edib
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olub - YENİLƏNİB
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək
Rusiya və Türkiyə Qara dənizdə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edəcək
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib - FOTO
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Xankəndi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Tramp: İranın nüvə materialını ələ keçirdikdən sonra məhv edəcəyik
ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edəcək
SOCAR-ın vitse-prezidenti: Yeni enerji tələbatı bizi qazdan elektrik istehsalı sahəsinə yönəldib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib
Tramp: İranla əlaqələr normallaşıb, Hörmüz boğazı açıq qalacaq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
Xırdalanda 3296 metrlik yeni kanalizasiya kollektoru inşa edilir
Bəzi rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub