Bank Of Baku

Azərbaycanda I rübdə sosial sığorta haqlarının yığımı 15% artıb

Azərbaycanda I rübdə sosial sığorta haqlarının yığımı 15% artıb
# 13 aprel 2011 09:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan əhalisinin pul gəlirləri 2011-ci ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövrünə nisbətən 16,8%, orta aylıq əmək haqqı 11,7% artıb. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, ilk üç ay ərzində əhalinin adambaşına düşən gəlirlərinin artımı inflyasiyanın səviyyəsini 7,7 faiz bəndi üstələyib: «Bu, eləcə də büdcə və qeyri-büdcə sektorundakı sabit durum sığorta-pensiya sisteminə müsbət təsir göstərib».

İlkin məlumatlara əsasən, DSMF-nin 2011-ci ilin I rübündə gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 19% və ya 83 mln. manat artaraq 521 mln. manat təşkil edib. S.Müslümovun sözlərinə görə, sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin I rübünə nisbətən 15% və ya 35 mln. manat artaraq 270 mln. manat olub. Sosial sığorta daxilolmalarının 58,2%-i qeyri-büdcə təşkilatlarının payına düşüb. Onların ödədiyi sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 17,3% və ya 23 mln. manat artıb.

Fond sədrinin sözlərinə görə, 2011-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi daha da gücləndirilib, nəticədə fiziki şəxslərdən daxilolmalar 24%, torpaq mülkiyyətçilərinin ödəmələri isə 40% artıb.

Hesabat dövründə dövlət büdcəsinin transferti kimi DSMF-nin hesabına 250 mln. manat vəsait daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR