Bank Of Baku

Sabah Azərbaycan Sığortaçılar Assosiasiyasının toplantısı keçiriləcək

Sabah Azərbaycan Sığortaçılar Assosiasiyasının toplantısı keçiriləcək
# 13 aprel 2011 09:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Aprelin 14-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təsisçilərinin ümumi yığıncağı keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın Direktorlar Şurasının sədri Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, iclasda ASA tərəfindən indiyədək görülmüş işlər, qurumun maliyyə hesabatı, həmçinin bu ilin yay aylarında Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq sığorta forumunun təşkili məsələləri müzakirə ediləcək.

A.Əliyev bildirib ki, iclasda ASA-nın 2011-ci ilin büdcəsi də müzakirə predmeti olacaq. Qeyd edək ki, ASA-nın 2011-ci ilin büdcəsi təxminən 150 min manat təşkil edir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR