Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb
# 13 aprel 2011 10:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 102 xarici dövlətlə 4,7 mlrd. ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 3,4 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 1,3 mlrd. dollarını isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 2,1 mlrd. dollarlıq müsbət saldo yaranıb. Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 20,5%, o cümlədən ixrac 6,3%, idxal 85,7%, müsbət saldo isə 16% azalıb.

Qeyd edək ki, hesabat dövründə xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (85%-i) İtaliya, ABŞ, Fransa, Rusiya, Malayziya, Ukrayna, Türkiyə, İspaniya, Bolqarıstan, Çin, Almaniya, Hindistan, İsrail və Qazaxıstan ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR