Bank Of Baku

«Paşa Həyat» sığorta şirkətinin I rübdə daxilolmaları 3 mln. manatı ötüb

«Paşa Həyat» sığorta şirkətinin I rübdə daxilolmaları 3 mln. manatı ötüb
# 13 aprel 2011 11:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkətinin 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 3,1 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov məlumat verib.

N.İsmayılovun sözlərinə görə, sığorta haqlarının strukturunda 2,48 mln. manat «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta», 0,465 mln. manat «Qrup halında həyat sığortası», 0,155 mln. manat isə «Kredit götürən şəxslərin həyat sığortası» növünün payına düşüb. Bu növlərin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 80%, 15% və 5% təşkil edib.

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti 2010-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu ilin fevralın 14-də verilib. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR