Bank Of Baku

«Texnikabank» son bir ildə depozit portfelini 60% genişləndirib

«Texnikabank» son bir ildə depozit portfelini 60% genişləndirib
# 13 aprel 2011 11:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi bu ilin aprelin 1-nə 545,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10% artaraq 382,21 mln. manata, depozit portfeli isə 59% genişlənərək 275,68 mln. manata çatıb.

Təhəlil olunan dövr ərzində bankın məcmu kapitalı 11,8% artaraq 65,346 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,6% artaraq 64,755 mln. manat olub.

Qeyd edək ki, bu ilin I rübündə bankın gəlirləri 13,206 mln. manat, xərcləri isə 10,396 mln. manat təşkil edib. Nəticədə, bu ilin yanvar-mart aylarını bank 2,810 mln. manat mənfəətlə başa vurub.

Bundan başqa, qeyd olunan dövrdə bankın emissiya etdiyi plastik kartların sayı 4,52% artaraq 51 323-ə, bankomatların sayı 42,1% artaraq 81-ə, POS-terminalların sayı isə 74, 5% artaraq 602-yə çatıb.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR