Bank Of Baku

İspaniyanın baş naziri: Avrozonada borc böhranı başa çatıb

İspaniyanın baş naziri: Avrozonada borc böhranı başa çatıb
# 13 aprel 2011 12:41 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniya kəskin iqtisadi tədbirlərə əl atmadan büdcə kəsirini planlaşdırdığı səviyyəyə endirə biləcək. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu bəyanatla İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero çıxış edib.

Onun sözlərinə görə, İspaniya yenidən investorların etimadını qazanıb, Portuqaliyanın kömək üçün müraciət etməsi isə Avropada borc böhranının başa çatdığını göstərir.

Öz növbəsində Yunanıstanın baş naziri Georgios Papakonstantinu ölkəsinin borclarının restrukturizasiyası ehtimalını istisna edib.

Qeyd edək ki, İspaniya, Yunanıstan, İtaliya və Portuqaliya avrozona ölkələri arasında qlobal iqtisadi böhrandan ən çox zərər görən ölkələrdir. Məhz bu ölkələr külli miqdarda borclarının olması və onları qaytarmaq imkanının məhdudluğu üzündən avrozonadakı tərəfdaşlarına ciddi problemlər yaradırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR