Bank Of Baku

Azərbaycanda əsas kapitala bütün mənbələr hesabına sərmayə qoyuluşu I rübdə 2,5% artıb

Azərbaycanda əsas kapitala bütün mənbələr hesabına sərmayə qoyuluşu I rübdə 2,5% artıb
# 13 aprel 2011 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində bütün maliyyə mənbələrindən Azərbaycanda əsas kapitala 1,8 mlrd. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox investisiya yönəldilib və onun 1 043,4 mln. manatı tikinti-quraşdırma işlərində istifadə edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitin 73,3%-i daxili mənbələr hesabına təmin edilb: «Sərf edilmiş sərmayələrin 49,4%-i məhsul istehsalı, 50,6%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 49,8%-ni təşkil edib».

Eyni zamanda, rüb ərzində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni tikili və obyektlər işə salınıb, yeni iş yerləri açılıb. Belə ki, Abşeron rayonunda mebel fabriki və AZMDF zavodu, Samux rayonunda meyvə qurudulması və emal müəssisəsi, Göyçay rayonunda meyvə və tərəvəz saxlamaq üçün soyuducu anbar, Tovuz rayonunda süd emal zavodu, Olimpiya İdman Kompleksi, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu, Qazax-Gürcüstan Dövlət Sərhədi avtomobil yolu, Kürdəmir-Ucar magistral avtomobil yolu yenidən qurularaq istismara verilib, Gəncə şəhərində Fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Naftalan şəhərində «Çinar Hotel SPA Naftalan» və «Qaşaltı Sanatoriya kompleksləri, ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 319,8 min kv. metr olan yeni yaşayış evləri və 496 şagird yerlik ümumtəhsil məktəbi və digər obyektlər istifadəyə verilib.

«Əsas kapitala yönəldilmiş sərmayənin 59,6%-ni müəssisə və təşkilatların vəsaitləri, 27,4%-ni büdcə vəsaiti, 3,7%-ni əhalinin xüsusi vəsaiti və 9,3%-ni digər vəsaitlər təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR