Bank Of Baku

«Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan»ın gəlirləri artıb

«Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan»ın gəlirləri artıb
# 14 aprel 2011 12:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan «Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan» bankının aktivləri 2010-cu il ərzində 35%, gəlirləri 2 dəfə, mənfəəti 87% artıb. ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «ABB-Gürcüstan»ın xalis mənfəəti 233 158 ABŞ dolları təşkil edib. Fiziki şəxslərin depozitləri il ərzində 8,3 mln. dollar artıb.

«ABB-Gürcüstan» 2006-cı ildə təsis edilib və ötən müddət ərzində müasir universal bank xidmətləri sistemini qurmağa müvəffəq olub. Bank korporativ və fərdi müştərilərə geniş çeşidli məhsul və xidmətlər təqdim edir. Bankın korporativ müştərilərinin sayı 2007-ci ilə nisbətən 4 dəfə, fərdi müştərilərin sayı isə 10 dəfə artıb. Bank depozit və kredit xətləri üzrə differensial siyasət həyata keçirir ki, həmin tendensiya bank xidmətlərini müxtəlif sosial təbəqələrə uyğunlaşdırmağa imkan verir. Azərbaycan Beynəlxalq Bankının törəmə qurumu Gürcüstanın bank sektorunda fəaliyyət göstərən xarici banklar arasında aparıcı mövqelərə malikdir.

ABB-nin mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin sözlərinə görə, «ABB-Gürcüstan» ötən ilin oktyabrından «Visa International» sisteminə aid bank kartlarının emissisyasına başlayıb, gələcəkdə isə «Visa Platinum» və «Visa Infinite» kartlar buraxmağı planlaşdırır.

«ABB-Gürcüstan» Tbilisi Banklararası Fond Birjası, Gürcüstanın Banklar Assosiasiyası və Mərkəzi və Şərqi Avropa ölkələrinin Bank Assosiasiyanın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR