Bank Of Baku

Azərbaycanda RSI indeksi artıb

Azərbaycanda RSI indeksi artıb
# 14 aprel 2011 09:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2011-ci ilin mart ayı üzrə 115,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks fevral ayında 94,5%, yanvarda isə 73,5%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Cari ilin mart ayında ümumi pərakəndə dövriyyəsi 1 419 mln. manat, fevralda 1 156,9 mln. manat, yanvarda isə 1 224,1 mln. manat təşkil edib.

İndeksin 100%-dən artıq olması hesabat ayı ərzində pərakəndə ticarət dövriyyəsinin əvvəlki ayla müqayisədə artmasını əks etdirir və makroiqtisadi göstərici kimi müsbət amildir. İndeksin artması isə aylıq müqayisədə artım templəri üzrə mart göstəricisinin fevral göstəricisindən daha yüksək olduğunu əks etdirir. Pərakəndə ticarətin mart ayında artması ilk növbədə mövsümi amillərlə bağlıdır ki, həmin ay ərzində bayramların olması nəticəsində malların alışı ənənəvi olaraq yüksək olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR