Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» son bir ildə kredit portfelini 53% genişləndirib

«Azərbaycan Sənaye Bankı» son bir ildə  kredit portfelini 53% genişləndirib
# 14 aprel 2011 10:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 189,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 78% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 53% artaraq 97,8 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 97% artaraq 57,8 mln. manata, depozit portfeli 2,3 dəfə artaraq 131,1 mln. manata çatıb.
Bu müddət ərzində bankın məcmu kapitalı 8% artaraq 26,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 9% artaraq 24,0 mln. manat təşkil edib. Qeyd edək ki, son bir il ərzində bankın cəmi gəlirləri 26% artaraq 3,6 mln. manat, cəmi xərcləri isə 7% artaraq 3,1 mln. manat olub. Nəticədə, bankın xalis mənfəəti 0,5 mln. manat təşkil edib.
Bundan başqa, bankın müştərilərinin sayı 41% artaraq 31 723 nəfərə, plastik kartlarının sayı isə 58% artaraq 18 744-ə çatıb.
Hesabat dövründə bank tərəfindən əlavə 10 bankomat və 41 POS-terminal quraşdırılıb.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə yaradılıb. Bankın ölkə üzrə 8 filialı, 32 bankomatı və 299 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR