Bank Of Baku

Bakıda «Özəl bankçılıq» mövzusunda kurs keçiriləcək

Bakıda «Özəl bankçılıq» mövzusunda kurs keçiriləcək
# 14 aprel 2011 11:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) aprelin 25-də ilk dəfə olaraq «Özəl bankçılıq» mövzusunda kursa başlayacaq.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edəcək kurs Türkiyə Banklar Birliyinin dəstəyi ilə türkiyəli ekspert Gökhan Güngörünün iştirakı ilə keçiriləcək. Kursda bir nəfər üçün iştirak haqqı 200 manat (ƏDV-siz) təşkil edir.

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa İttifaqının TACIS Proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.

ABTM kommersiya bank işi və biznesin idarə edilməsi üzrə 1 847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək, Azərbaycanın ən böyük təlim müəssisəsidir. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR