Bank Of Baku

«MCB Leasing» şirkəti ilin əvvəlindən lizinq portfelini 40% artırıb

«MCB Leasing» şirkəti ilin əvvəlindən lizinq portfelini 40% artırıb
# 14 aprel 2011 11:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Pakistanın Azərbaycanda fəaliyyət göstərən «MCB Leasing» şirkətinin lizinq portfeli 2011-ci ilin aprelin 1-nə 1,687 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə nisbətən 41% çoxdur.

Şirkətin İdarə Heyətinin sədr müavini Anar Yadigarovun «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında bağlanan müqavilələrin sayı 88% artaraq 30-a, nizamnamə kapitalı isə sabit qalaraq 842,5 min manat təşkil edib.

Həmçinin, bu dövr ərzində şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 53% artaraq 2,738 mln. manata, aktivlərin həcmi isə 40% artaraq 2,042 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin ilk üç ayında şirkət tərəfindən olkə iqtisadiyyatına 1,780 mln. manat həcmində investisiya yatırılıb.

Xatırladaq ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında qeydiyyatdan keçib, lizinq layihələrinin maliyyələşdirilməsinə isə 2010-cu ilin iyun ayında başlayıb. Şirkətin səhmdar kapitalında 95% «MBC Bank»a (Pakistan), 5% isə yerli fiziki şəxsə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR