Bank Of Baku

Azərbaycan Hesablama Palatası Dövlət Neft Fonduna aktivlərin strateji bölgüsünə yenidən baxmağı tövsiyə edib

Azərbaycan Hesablama Palatası Dövlət Neft Fonduna aktivlərin strateji bölgüsünə yenidən baxmağı tövsiyə edib
# 14 aprel 2011 12:10 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, Hesablama Palatanın hesabatında deyilir ki, Fondun bu sahədə fəaliyyəti müsbət qiymətləndirilib.

Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təsdiq olunmuş büdcə layihələrinə görə 2008-ci ildə 55,3%, 2009-cu ildə 44,7% çox icra edilib. Hesabatda deyilir ki, Fondun vəsaitlərinin istifadəsi ölkə prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilən istiqamətlərə uyğun olaraq həyata keçirilir. Audit dövründə xarici valyutaların ümumi valyuta səbətində 50%-i ABŞ dolları, 40%-i avro, 5%-i funt sterlinq və 5%-i yüksək reytinqlərə malik olan ölkələrin valyutalarının payına düşür. Audit dövrü üzrə Fondun investisiya portfelinin 96,89%-i istiqrazlarda, 1,72%-i likvid fondlarda, 1%-i depozitlərdə, 0,04%-i adi səhmlərdə, 0,35%-i isə cari hesablarda yerləşdirilib.

Audit zamanı ARDNF-ə bir sıra tövsiyələr verilib. Belə ki, audit nəticəsində Fond tərəfindən investisiya fəaliyyətinin daha uzunmüddətli dövr üçün nəzərdə tutulmasının, habelə neft gəlirlərinin uzun müddət ərzində daha dayanıqlı maliyyə alətlərinə çevrilməsinin hədəf kimi götürüldüyünü nəzərə alaraq Neft Fondunun vəsaitlərinin strateji bölgüsünə yenidən baxılması, vəsaitin xarici menecerlər tərəfindən idarə edilən hissəsi üzrə gəlirlilik göstəricilərinin Fondun müvafiq göstəriciləri ilə müqayisəli şəkildə analitik təhlili və müvafiq tədbirlərin görülməsi, beynəlxalq kapital və qiymətli kağızlar bazar konyunkturaları üzrə tərəddüdlər nəticəsində yaranan risklərin minimuma endirilməsi ilə bağlı həyata keçirilən qabaqlayıcı tədbirlərin artırılması məqsədəuyğun hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR