Bank Of Baku

Azərbaycanda elektron audit layihəsinə start verilib

Azərbaycanda elektron audit layihəsinə start verilib
# 14 aprel 2011 12:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Vergilər Nazirliyi, digər dövlət qurumlarının nümaynədələri, eləcə də beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, layihənin reallaşdırılması Azərbaycanda iri və orta müəssisələrin audit yoxlamaları sahəsində nazirliyin strukturlarının təkmilləşdirilməsinə, müəssisələrdə mühasibat uçotunun elektron formatda aparılmasına və elektron auditin tətbiqinə imkan verəcək. Azərbaycanda bu layihənin reallaşdırılmasına müvafiq tenderdə qalib gəlmiş Niderland Vergi və Gömrük Administrasiyası qalib gəlib. Qeyd edək ki, Niderland e-auditin tətbiqi sahəsində Avropada ən qabaqcıl təcrübəyə malik ölkələrdəndir.

Vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, e-auditin tətbiqi obyekt və müəssisələrdə səyyar yoxlamaların kəskin azaldılmasına səbəb olacaq: «Bu gün Azərbaycanda olan müəssisə, təşkilat, şirkət, sahibkarların təqribən 5%-ə qədərində səyyar vergi yoxlaması aparılır. Hesab edirik ki, bu layihənin həyata keçirilməsi ilə bu rəqəmi daha da azalda və seçmə üsuluna keçirə biləcəyik».

Qeyd edək ki, e-audit zamanı müəssisə və ya şirkətin fəaliyyətinin hesabatı elektron formatda vergi orqanına təqdim olunacaq (bunun üçün həmin müəssisədə elektron mühasibətlıq tətbiq edilməlidir). Vergi orqanı bu məlumatları xüsusi proqram vasitəsilə təhlil edərək müəssisənin təsərrüfat fəaliyyəti, vergi qanunvericiliyinə əməl edilməsi ilə bağlı vəziyyəti araşdıracaq. Araşdırma başa çatandan sonra bütün məlumatlar silinəcək və bununla da ödəyicinin kommersiya sirləri qorunacaq. Başqa sözlə, e-audit vasitəsilə səyyar yoxlama ofisdən çıxmadan, birbaşa vergi orqanında aparılacaq.

F.Məmmədovun sözlərinə görə, e-audit ilk növbədə iri şirkətlərdə tətbiq ediləcək: «Çünki indi böyük şirkətlər həm beynəlxalq auditor şirkətlərinin tələbi ilə, həm də inkişaf və şəffaflıq məsələləri ilə əlaqədar olaraq beynəlxalq mühasibatlığa keçib və ya buna hazırlaşırlar. Buna görə də ilk növbədə bu yenilik iri dövlət və qeyri-dövlət şirkətlərində, eyni zamanda banklarda tətbiq olunacaq». Nazirin sözlərinə görə, xüsusilə banklar bu yeniliyə maksimum hazırdır.

Layihə haqqında məlumat verən vergilər nazirinin müşaviri, layihənin rəhbəri Asəf Əsədov bildirib ki, layihə çərçivəsində lazımi hüquqi bazanın hazırlanması, e-audit üzrə məlumat bazasının yaradılması, e-audit metodologiyasının hazırlanması, orta və iri müəssisələrdə elektron mühasibat sisteminin inkişafı nəzərdə tutulur. Layihə çərçivəsində əsasən iri müəssisələrdə e-auditin pilot layihə olaraq tətbiqi nəzərdə tutulur. Bu layihə əsasında təhlillər aparılacaq və bu işlər təkmilləşdirilərək e-audit praktikası digər orta və iri müəssisələrə də tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR