Bank Of Baku

Dövlət Statistika Komitəsi: Martda Azərbaycanda inflyasiya 1,1% olub

Dövlət Statistika Komitəsi: Martda Azərbaycanda inflyasiya 1,1% olub
# 14 aprel 2011 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,8%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,3% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2% ucuzlaşıb.

Ötən ay ərzaq məhsullarından buğda unu, manna yarması, makaron məmulatları, mal və qoyun əti, təzə balıq, pasterizə və sterilizə olunmuş üzlü süd, xama, kərə yağı, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, xurma, şabalıd, kələm, göyərti, çuğundur, kök, xiyar, pomidor, bibər, sarımsaq, soğan, kartofun qiyməti bahalaşıb.

Eyni zamanda, ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunub ki, bu əsasən qarabaşaq yarması, çörək, toyuq və toyuq budu, pasterizə olunmamış üzlü süd, yağlı kəsmik, yumurtanın qiymətlərində qeydə alınıb. Bahar mövsümünün gəlişi ilə əlaqədar qeyri-ərzaq mallarından geyim və ayaqqabıların qiymətlərində ucuzlaşma müşahidə olunub.

Bundan əlavə, inşaat materiallarından pəncərə şüşəsi, kəsilmiş taxta, sement, məişət avadanlıqlarından paltaryuyan maşınları, qaz plitəsi, qızdırıcılar, tozsoranların qiymətləri ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı ay ərzində inşaat materiallarından nitro və sulu boyalar, divar üçün kağızlar, parket üçün lak, ağac yonqar və lifli lövhələr, mebellərdən mətbəx üçün masa və kətil, qonaq və yemək otaqları üçün mebel dəsti bahalaşıb.

Martda əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR