Bank Of Baku

Azərbaycanda I rübdə iqtisadi artım 1,6% olub

Azərbaycanda I rübdə iqtisadi artım 1,6% olub
# 14 aprel 2011 13:52 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, I rübdə əlavə dəyərin 5,8 mlrd. manatı və ya 55,7%-i sənaye sahələrində, 555,3 mln. manatı (5,3%-i) tikintidə, 770,6 mln. manatı (7,4%-i) nəqliyyatda, 277,5 mln. manatı (2,7%-i) kənd təsərrüfatında, 958,2 mln. manatı (9,2%-i) ticarət və pullu xidmət sahələrində, 194,1 mln. manatı (1,9%-i) rabitədə, 1 193,4 mln. manatı (11,4%-i) digər sahələrdə istehsal olunub, 664,2 mln. manatını, yaxud 6,4%-ni məhsula və idxala vergilər təşkil edib.

«Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 0,3% artaraq 1 157,4 manata və ya 1 455,1 ABŞ dollarına bərabər olub», - deyə Komitədən bildirilib.

Hesabat dövründə ÜDM istehsalı qeyri-neft sektorunda 5,6% artıb, neft sektorunda isə 1,9% azalıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2011-ci ildə ölkə iqtisadiyyatının 3,8% artacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2011-ci ildə ÜDM-in artım tempinin 2,8%, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı isə 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR