Bank Of Baku

Azərbaycan Dövlət Statistika Komitəsinin büdcə vəsaitlərinin istifadəsində ciddi nöqsanlar aşkarlanıb

Azərbaycan Dövlət Statistika Komitəsinin büdcə vəsaitlərinin istifadəsində ciddi nöqsanlar aşkarlanıb
# 14 aprel 2011 13:58 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, Hesablama Palatasının hesabatında deyilir ki, audit zamanı Komitə tərəfindən statistika sahəsində qanunvericilik aktlarının və statistik metodologiyanın daha da təkmilləşdirilməsi, müasir kompyuter texnologiyasından istifadə etməklə ölkənin və onun regionlarının sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatların toplanması, işlənməsi, saxlanması və yayılması, statistik materialların dərc olunması və nəşri, dövlət idarəetmə orqanlarının və digər istifadəçilərin zəruri statistik məlumatlarla təmin olunması istiqamətində işlərin yerinə yetirildiyi müəyyən edilib.

Eyni zamanda, işlərin icrası zamanı bir sıra nöqsanlara da yol verildiyi aşkar edilib. Belə ki, Komitənin saxlanması xərcləri üzrə tələbat düzgün müəyyən edilməmiş, mərkəzi aparatın struktur bölmələri təsdiq edilərkən daha az ştat vahidi ilə şöbələr yaradılıb, işçilərə qanunvericiliklə nəzərdə tutulmuş günlərindən artıq ödənişli məzuniyyət günləri verilməklə artıq məzuniyyət haqqı ödənilib, ali təhsili olmayan şəxslər dövlət qulluğuna qəbul edilib, nəzərdə tutulmadığı halda dövlət qulluqçularına maddi yardım və müvəqqəti cəlb olunmuş işçilərə mükafat ödənilib, fiziki şəxslərlə müxtəlif xidmətləri yerinə yetirmək üçün mülki hüquqi müqavilələr bağlanmalı olduğu halda, həmin şəxslərlə qısa müddətə əmək müqavilələri bağlanıb, normadan artıq ezamiyyət xərci ödənilmiş, malların (iş və xidmətlərin) satın alınması zamanı satın alınacaq malların (iş və xidmətlərin) ehtimal olunan qiyməti bəzi hallarda müəyyənləşdirilməyib, məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə satınalmalar ayrı-ayrı müqavilələrə bölünüb, satınalma prosedurları keçirilmədən mallar tədarük edilib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edib, Dövlət Statistika Komitəsi və onun tabeliyində olan Baş Hesablama Mərkəzi tərəfindən audit nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində və bu nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə qanunvericiliyinə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülmüş işlər barədə Palataya məlumatın təqdim edilməsi ilə bağlı qərar qəbul edilib və onun surəti Komitə və Mərkəzə göndərilib. Komitə tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Palataya daxil olan məlumatda bir sıra işlərin həyata keçirilməsi, o cümlədən müəyyən edilmiş miqdarda vəsaitlərin büdcədə bərpa edilməsi bildirilib. Bununla yanaşı məlumatda Baş Hesablama Mərkəzi və Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin fəaliyyətinin əsaslı təhlilini apararaq onların strukturunun təkmilləşdirilməsi, büdcə yükünün azaldılması və büdcədən ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına dair təkliflərin hazırlandığı, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi tərəfindən aparılan işlərin dəyərinin müəyyən edilməsi üçün əsaslandırılmış metodologiya hazırlanıb təsdiq olunduğu, şöbələrin ştat vahidlərinin sayının mövcud normativ aktların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyi, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin zəif təşkil olunduğuna və işdə nöqsanlara yol verildiyinə görə maliyyə şöbəsinin müdirinə töhmət elan edildiyi də qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR